Yüksəliş müsabiqəsi imtahan sualları 2023 | Azərbaycan üzrə sual bloku

Sual 1

Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunan bayramlardan ən yeni olanı hansıdır?

  1. Konstitusiya Günü
  2. Silahlı Qüvvələr Günü
  3. Milli Qurtuluş Günü
  4. Dövlət Bayrağı Günü
  5. Zəfər Günü

Doğru cavab: Zəfər Günü

Sual 2

Azərbaycanın hansı dövlət qoruğunda dəmirağac qorunur?

  1. Qızılağac
  2. Hirkan
  3. Türyançay
  4. Bəsitçay
  5. Şahdağ

Doğru cavab: Hirkan

Sual 3

Aşağıdakılardan hansı “Koroğlu” dastanındakı qəhrəmanlardandır?

  1. Burla xatun
  2. Qazan xan
  3. Dəli Domrul
  4. Dəmirçioğlu
  5. Bayandır xan

Doğru cavab: Dəmirçioğlu

Sual 4

Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən faydalı qazıntılar:

  1. neft və qaz
  2. qızıl və civə
  3. mərmər və kvars qumları
  4. alunit və molibden
  5. daşduz və mineral sular

Doğru cavab: qızıl və civə

Sual 5

Şəhərlərdən hansının adı həm çar Rusiyası, həm də Sovet hakimiyyəti illərində dəyişdirilmişdir?

  1. Sumqayıtın
  2. Gəncənin
  3. Biləsuvarın
  4. Bərdənin
  5. Mingəçevirin

Doğru cavab: Gəncənin

Sual 6

Rayonlardan hansında inkişaf edən təsərrüfat sahəsi doğru göstərilmişdir?

  1. Ağcabədi – ipəkçilik
  2. Şamaxı – üzümçülük
  3. Şəki – pambıqçılıq
  4. Göyçay – sitrus meyvəçiliyi
  5. Kəlbəcər – çayçılıq

Doğru cavab: Şamaxı – üzümçülük

Sual 7

Şəkildə Azərbaycanın hansı milli geyimi təsvir edilmişdir?

milli baş geyimi

  1. araqçın
  2. arxalıq
  3. çuxa
  4. çəpkən
  5. tirmə

Doğru cavab: araqçın

Sual 8

“Heydər Əliyev ili” ilə bağlı tədbirlər planına əsasən həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1)Sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi

2)“Heydər Əliyev” ordeninin təsis edilməsi

3) Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi

  1. 1, 2
  2. 1, 3
  3. 2, 3
  4. yalnız 3
  5. yalnız 1

Doğru cavab: 1, 3

Sual 9

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işləri icra edilir:

  1. Laçında
  2. Zəngilanda
  3. Ağdamda
  4. Kəlbəcərdə
  5. Cəbrayılda

Doğru cavab: Cəbrayılda

Sual 10

Azərbaycan ədəbiyyatında istiqlal şairlərimizdən biri kimi tanınır:

  1. Bəxtiyar Vahabzadə
  2. Rəsul Rza
  3. Əliağa Kürçaylı
  4. Süleyman Rüstəm
  5. Səməd Vurğun

Doğru cavab: Bəxtiyar Vahabzadə

Sual 11

Xəritədə hansı inzibati rayonun ərazisi ştrixlənmişdir?

xəritə rayon

  1. Beyləqan
  2. Göyçay
  3. Biləsuvar
  4. Saatlı
  5. Şirvan

Doğru cavab: Saatlı

Sual 12

Ölkəmizdə «ağıllı kənd»in enerji ilə təminatı üçün tikilmiş Arximed turbini tipli SES hansı inzibati rayonun ərazisində istifadəyə verilmişdir?

  1. Ağdamda
  2. Şuşada
  3. Zəngilanda
  4. Laçında
  5. Cəbrayılda

Doğru cavab: Zəngilanda

Sual 13

II Qarabağ müharibəsi başa çatdıqdan sonra 2023-cü ilədək işğaldan azad olunmuş ərazilərdə istifadəyə verilmiş infrastruktur layihələri:

1)“Zəfər yolu”

2)Laçın Beynəlxalq Hava Limanı

3)Füzuli-Ağdam avtomobil yolu

4)Zəngilan Beynəlxalq Hava Limanı

5)Horadiz-Ağbənd dəmir yolu

  1. 1, 5
  2. 2, 4
  3. 3, 5
  4. 1, 4
  5. 2, 3

Doğru cavab: 1, 4

Sual 14

Azərbaycanın Təbriz xalçaçılıq məktəbinə məxsus olub, ilin müxtəlif mövsümlərinə aid simvolik təsvirlərin əks olunduğu xalçalara verilən ad:

  1. “Dörd fəsil”
  2. “Buta”
  3. “Ceyranlı”
  4. “Güllü-guşəli”
  5. “Bağ-meşə”

Doğru cavab: “Dörd fəsil”

Sual 15

Yazıçı Anarın verilmiş əsərlərindən hansı xatirə-romandır?

  1. “Dantenin yubileyi”
  2. “Otel otağı”
  3. “Sizsiz”
  4. “Ağ liman”
  5. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

Doğru cavab: “Sizsiz”

Sual 16

UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş bəstəkarımız:

  1. Ağabacı Rzayeva
  2. Elza İbrahimova
  3. Şəfiqə Axundova
  4. Ruhəngiz Qasımova
  5. Firəngiz Əlizadə

Doğru cavab: Firəngiz Əlizadə

Sual 17

Azərbaycanın telekommunikasiya peykləri ilə bağlı verilənlərdən hansı(lar) doğrudur?

1)Süni peyklər “Azerspace-1”, “Azerspace-2” adlanır.

2)Kommersiya məqsədi ilə istifadə edilə bilər.

3)Əsas idarəetmə mərkəzi Zaqatala rayonunda yerləşir.

  1. 1, 2
  2. 2, 3
  3. yalnız 3
  4. yalnız 2
  5. 1, 3

Doğru cavab: 1, 2

Sual 18

Hansı mədəniyyət (incəsənət) xadiminin fəaliyyət sahəsi doğru göstərilmişdir?

  1. Tahir Salahov – memar
  2. Şəfiqə Axundova – rəssam
  3. Tofiq Quliyev – bəstəkar
  4. Eldar Mansurov – rejissor
  5. Əzizə Mustafazadə – şair

Doğru cavab: Tofiq Quliyev – bəstəkar

Sual 19

Sözləri Rəsul Həmzətova məxsus olan “Əziz dostum” şeiri onunla yaxın dost olan hansı məşhur Azərbaycan şairi arasındakı münasibətə həsr edilmişdir?

  1. Məmməd Araz
  2. Əliağa Kürçaylı
  3. Mikayıl Müşfiq
  4. Səməd Vurğun
  5. Hüseyn Arif

Doğru cavab: Səməd Vurğun

Sual 20

Hərbi uğurlarına və sərkərdəlik bacarığına görə bəzi dünya tarixçiləri tərəfindən “Şərqin Napoleonu” və “İkinci Makedoniyalı İsgəndər” adlandırılmış Azərbaycan hökmdarı:

  1. Şah I Abbas
  2. Cavanşir
  3. Uzun Həsən
  4. Şəmsəddin Eldəniz
  5. Nadir şah

Doğru cavab: Nadir şah

Sual 21

Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra baş vermişdir:

  1. milli aviaşirkətin yaradılması
  2. müxtəlif adda qəzet və jurnalların nəşr olunmağa başlanması
  3. Şamaxıda astrofizika rəsədxanasının tikilməsi
  4. Novruz bayramının rəsmi şəkildə qeyd olunmağa başlanması
  5. hərbi təmayüllü məktəbin fəaliyyətə başlaması

Doğru cavab: milli aviaşirkətin yaradılması

Sual 22

Azərbaycanda uşaq ədəbiyyatının banilərindən hesab olunur:

  1. Səməd Vurğun
  2. İlyas Əfəndiyev
  3. Rəsul Rza
  4. Abdulla Şaiq
  5. Məmməd Araz

Doğru cavab: Abdulla Şaiq

Sual 23

Yeddi əsas Azərbaycan muğamından biridir:

  1. “Rast”
  2. “Qatar”
  3. “Kəsmə şikəstə”
  4. “Heyratı”
  5. “Qarabağ şikəstəsi”

Doğru cavab: “Rast”

Sual 24

Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya Azərbaycan tərəfindən rəhbərlik edir:

  1. Elçin Quliyev
  2. Əli Əsədov
  3. Şahin Mustafayev
  4. Hikmət Hacıyev
  5. Yaqub Eyyubov

Doğru cavab: Şahin Mustafayev

Sual 25

Azərbaycan Respublikasının müvafiq olaraq şimal və cənub sərhədləri ilə axan çaylar:

  1. Qanıx, Həkəri
  2. Tərtər, Həkəri
  3. Samur, Astaraçay
  4. Qusarçay, Lənkərançay
  5. Kür, Araz

Doğru cavab: Samur, Astaraçay

 

0 şərh